0
Wednesday 21 September 2022 - 07:51

Şarl Mişel İran prezidenti İbrahim Rəisi ilə görüşüb

Story Code : 1015411
Şarl Mişel İran prezidenti İbrahim Rəisi ilə görüşüb
APA xəbər verir ki, b barədə Mişel “Twitter“ hesabında məlumat verib.

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində baş tutan görüşdə İran nüvə proqramı çərçivəsində birgə hərtərəfli fəaliyyət planının bərpa olunması müzakirə edilib.

Aİ rəhbəri əlavə edib ki, görüş zamanı tərəflər regional məsələləri və ikitərəfli münasibətləri və digər məsələləri müzakirə ediblər.