QR CodeQR Code

"ABŞ iqtisadiyyatında tənəzzül başlayıb"

HaqqYolu , 26 Sep 2011 07:01

IslamTimes - Məşhur amerikalı milyarder və investor Corc Soros hesab edir ki, hazırda ABŞ iqtisadiyyatı artıq tənəzzülün ikinci dalğasını yaşayır və bu məsələdə Barak Obamanın vergi-büdcə tənzimlənməsinə dair planına qarşı çıxan respublikaçılar günahkardırlar.


"Hesab edirəm ki, tənəzzül artıq başlayıb", - ABŞ-ın aparıcı CNBC telekanalının ABŞ iqtisadiyyatında yeni tənəzzül təhlükəsi ilə bağlı sualına cavab verən 81 yaşlı maliyyəçi deyib.

Qeyd edək ki, Sorosun bəyanatı hələlik rəsmi təsdiqini tapmayıb. Çünki resessiya iqtisadiyyatda iki rüb dalbadal enmə ilə xarakterizə olunur.

"Bizdə yubanmalar və varlıların yeni iş yerləri yaratmaq üçün vergi ödəmək istəməmələri, eləcə də uzun perspektivdə büdcənin balanslaşdırılması ilə bağlı problemlər mövcuddur", - milyarder bəyan edib.

"Forbes" jurnalı tərəfindən varidatı 22 milyard dolalr həcmində qiymətləndirilən amerikalı maliyyəçi Avropadakı hazırkı borc böhranını 2008-ci ildə "Lehman Brothers" bankının qarət olunması ilə müqayisə edib. Bu barədə Trend "Vesti"yə istinadən xəbər verir.

"Bu, Lehman Brothers-dən daha təhlükəli vəziyyətdir və hesab edirəm ki, hakimiyyət maliyyə sistemini qoruyub saxlamaq üçün mümkün olan hər şeyi edəcək. Buna alternativi hətta təsəvvür etmək belə çətindir", - Soros bildirib.

O güman edir ki, avrozonanın kiçik ölkələri hər halda defolt elan edərək vahid Avropa valyutası zonasını tərk edəcəklər. Lakin əgər bu baş verərsə, dünya iqtisadiyyatını silkələnmə gözləyir.

Bir müddət əvvəl Corc Soros Yunanıstan və Portuqaliyaya avrozonanı artıq tərk etməyi tövsiyə etmişdi.


Story Code: 101543

News Link :
https://www.islamtimes.org/az/news/101543/abş-iqtisadiyyatında-tənəzzül-başlayıb

Islam Times
  https://www.islamtimes.org