0
Wednesday 21 September 2022 - 10:39

İran polisi banklara, ambulans və məscidə hücum edən 39 nəfəri həbs etdiyini bildirib

Story Code : 1015451
İran polisi banklara, ambulans və məscidə hücum edən 39 nəfəri həbs etdiyini bildirib
SalamNews Mehr-ə istinadən xəbər verir ki, bunu İranın Gilan əyalətinin Polis sədrinin müavini polkovnik Hüseyn Həsənpur deyib.

Bildirilib ki, ötən gün Rəşt şəhərinin müxtəlif prospekt və küçələrində ümumi əmlaka ziyan vuran, eləcə də məscidə, ambulanslara və bankalara hücum edənlərdən 39 nəfər ələ keçirilib.

Əlavə edilib ki, iğtişaşçılar ötən gün Rəşt şəhərində bir polis maşını və bir ambulansı yandırıb, bankların şüşələrini sındırıb, Höccət ibni Həsən məscidini yandırıblar ki, yanğınsöndürənlərin zamanında gəlib çatması nəticəsində tez söndürülüb.

Rəşt polisinin mlumatına görə şəhərdə təhlükəsizlik qüvvələri sıralarında beş yaralı var.