QR CodeQR Code

Azərbaycan və İran XİN başçıları Nyu-Yorkda görüşdü

24 Sep 2022 09:54

İslamTimes: Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.


Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub.

Nazir Ceyhun Bayramov Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlığın vacibliyini və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib. Bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin formalaşmasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə ətraflı məlumatlandırıb.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.


Story Code: 1015907

News Link :
https://www.islamtimes.org/az/news/1015907/azərbaycan-və-iran-xin-başçıları-nyu-yorkda-görüşdü

Islam Times
  https://www.islamtimes.org