0
Saturday 24 September 2022 - 13:35

İbrahim Rəisidən İrandakı son hadisələrlə bağlı AÇIQLAMA

Story Code : 1015931
İbrahim Rəisidən İrandakı son hadisələrlə bağlı AÇIQLAMA
İslamazeri.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi Nyu-Yorkdan qayıtdıqdan sonra, Tehranın Mehrabad hava limanında ictimaiyyət qarşısında çıxış edərək, bəzi şəhərlərdə baş verən iğtişaşları dəyərləndirib.

İctimai təhlükəsizliyin vacibliyini vurğulayan Rəisi bildirib:

"Düşmənlər xaos yaratmaq istəyirlər. Xalqın tələblərini, etirazlarını eşidirik, amma heç kimin xaos yaratmasına imkan verilməyəcək".

Hər zaman xalqın səsinə qulaq asdıqlarını söyləyən Rəisi, “Heç bir şərtlə xalqın təhlükəsizliyinin təhlükə altına düşməsinə icazə verməyəcəyik”, - deyə bildirib.

Təxminən bir həftə öncə başlayan "etiraz"lara cavab olaraq, bu gün dövlət dəstəyi ilə keçirilən milyonluq nümayişlərə işarə edən Rəisi bu nümayişlərin İranın qüdrətini və şərəfini təmsil etdiyini bildirib.

Qeyd edək ki, ötən gün İranın bütün şəhərlərində əhali küçəyə çıxaraq, dövləti himayə etdiyini bildirib və təhlükəsizlik qüvvələrindən bir neçə gündür, bankları, məscidləri yandırmağa çalışan qüvvələri sərt cəzalandırmağı tələb ediblər.