QR CodeQR Code

İbrahim Rəisidən İrandakı son hadisələrlə bağlı AÇIQLAMA

24 Sep 2022 13:35

İran prezidenti İbrahim Rəisi İrandakı son iğtişaşlarla bağlı deyib ki, düşmənlər xaos yaratmaq niyyətindədir.


İslamazeri.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi Nyu-Yorkdan qayıtdıqdan sonra, Tehranın Mehrabad hava limanında ictimaiyyət qarşısında çıxış edərək, bəzi şəhərlərdə baş verən iğtişaşları dəyərləndirib.

İctimai təhlükəsizliyin vacibliyini vurğulayan Rəisi bildirib:

"Düşmənlər xaos yaratmaq istəyirlər. Xalqın tələblərini, etirazlarını eşidirik, amma heç kimin xaos yaratmasına imkan verilməyəcək".

Hər zaman xalqın səsinə qulaq asdıqlarını söyləyən Rəisi, “Heç bir şərtlə xalqın təhlükəsizliyinin təhlükə altına düşməsinə icazə verməyəcəyik”, - deyə bildirib.

Təxminən bir həftə öncə başlayan "etiraz"lara cavab olaraq, bu gün dövlət dəstəyi ilə keçirilən milyonluq nümayişlərə işarə edən Rəisi bu nümayişlərin İranın qüdrətini və şərəfini təmsil etdiyini bildirib.

Qeyd edək ki, ötən gün İranın bütün şəhərlərində əhali küçəyə çıxaraq, dövləti himayə etdiyini bildirib və təhlükəsizlik qüvvələrindən bir neçə gündür, bankları, məscidləri yandırmağa çalışan qüvvələri sərt cəzalandırmağı tələb ediblər.


Story Code: 1015931

News Link :
https://www.islamtimes.org/az/news/1015931/ibrahim-rəisidən-irandakı-son-hadisələrlə-bağlı-açiqlama

Islam Times
  https://www.islamtimes.org