QR CodeQR Code

MAHMUD ABBASI İSRAIL QORUYUR

20 Aug 2009 23:03

FaktXəbərin "Haaretz" qəzetinə istinadən verdiyi məlumata görə, Fələstin dövlət başçısı Mahmud Abbasla baş nazir Salam Feyyadı İordaniya çayının Qərb sahillərinə səfərində onların mühafizəsini sionizmin daxili təhlükəsizlik xidməti olan Şin Bet (Şabak) həyata keçirib.


Qəzet, İsrail ilə Fələstin rəhbərliyi arasındakı bir müqaviləyə görə, Abbas və Feyyadın, Qərb sahillərində tamamilə İsrail idarəsi altındakı torpaqlardakı ziyarətləri əsnasında, Şin Betin VIP təhlükəsizlik xidmətindən bir qrupun onlara yoldaşlıq etdiyini qeyd edir.

Xəbərdə, ötən çərşənbə axşamı Feyyadın Nablus ətrafındakı bəzi quyuların açılmasına qatıldığı mərasim əsnasında, kortejində İsrail polisinin bir patrul maşınının, İsrail nümayəndələri ilə Şin Betdən bir cip dolu mühafizəçinin olduğu bildirilir.

İsrail tərəfi tətbiq olunan mühfizəni təsdiq edərkən, Feyyadın nümayəndəsi Camal Zakkut açıqlama verməkdən boyun qaçırıb.


Story Code: 10161

News Link :
https://www.islamtimes.org/az/news/10161/mahmud-abbasi-israil-qoruyur

Islam Times
  https://www.islamtimes.org