QR CodeQR Code

“Müsəlman qardaşları” hərəkatının ruhani lideri 96 yaşında vəfat edib

26 Sep 2022 18:09

İslamTimes: “Müsəlman qardaşları” hərəkatının ruhani lideri Şeyx Yusif əl-Qərdavi 96 yaşında vəfat edib.


Mətbuatda onun bir neçə ay əvvəl koronavirusa yoluxduğu barədə xəbərlər dərc edilmişdi.

Yusif əl-Qərdavi dünyanın ən nüfuzlu müsəlmanlarından biri hesab edilirdi.

Qeyd edək ki, Yusif əl-Qərdavi 1926-cı il sentyabrın 9-da Misirin Saft əl-Turab kəndində anadan olub.

O, 1949-1953-cü illərdə Misirin məşhur Əl-Əzhər universitetində oxuyub. Siyasi baxışlarına görə üç dəfə həbs həyatı yaşayıb. Daha çox “Əl-Cəzirə” kanalında apardığı şəriət verilişinə görə şöhrət qazanmışdı.

Qərdavi 100-dən artıq kitab və məqalənin müəllifidir.

Mənbə: Reuters


Story Code: 1016257

News Link :
https://www.islamtimes.org/az/news/1016257/müsəlman-qardaşları-hərəkatının-ruhani-lideri-96-yaşında-vəfat-edib

Islam Times
  https://www.islamtimes.org