Əl-Mayadeen-in məlumatına görə, Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad BMT-nin 77-ci Baş Assambleyasında verdiyi açıqlamalarda vurğulayıb ki, sionist rejim işğal altındakı Colanın demoqrafik tərkibini dəyişməyə və onun sərvətlərini oğurlamağa çalışır.
O, sionist rejimin Cəbhət ən-Nusra və İŞİD terror qruplaşmalarını Suriyanın hava limanlarına hücumda dəstəklədiyini bildirib və əlavə edib ki, insan haqlarından dəm vuran bəzi ölkələr Təl-Əvivə davamlı dəstək göstərir və onlarla şəriklik edirlər.