ABŞ Ermənistana silah verəcək - Fransız jurnalistdən ilginc iddia
Story Code : 1016486
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın gündəlik “Le Figaro” qəzetinin redaktor müavini Jean-Christophe Buisson belə bir twitter hesabında yazıb.
“Birləşmiş Ştatlar türklərdən müdafiə etmək üçün Ermənistana silah tədarük etməyi planlaşdırır. Bəs Avropa İttifaqı? Bəs Fransa?"- deyə twitdə qeyd sual ünvanlanıb.
Qeyd edək ki, bu twit “SaveArmenia” (Ermənistanı xilas et), “StandWithArmenia” (Ermənistanın yanında dur) , “ArmenianLivesMatter” (Erməninin həyatı ciddi önəm daşıyır) adlı həştaqlarla paylaşılıb.
Ətraflı
Amerika Erməni Milli Komitəsi (ANCA) bəyan edib ki, Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ABŞ siyasətçiləri konqresin təzyiqi altında Ermənistana silahların satışını nəzərdən keçirirlər.