QR CodeQR Code

Suriya hakimiyyətindən Ankaraya mesaj – “Buna hər an hazırıq”

27 Sep 2022 23:30

İslamTimes: Türkiyənin Suriya ilə dialoqa “yaşıl işıq” yandıran açıqlamaları gündəmdə olarkən, Suriya xarici işlər naziri Feysəl Mikdaddan diqqətçəkən açıqlama gəlib.


Teleqraf.com xəbər verir ki, BMT Baş Assambleyasının Nyu-Yorkdakı sammitində çıxış edən nazir Türkiyə ilə yaxşı və normal münasibətlər qurmağa hər zaman hazır olduqlarını deyib.

“2009-2010-cu illər arasında Türkiyə ilə münasibətlər əla idi, hətta maraqlarımıza cavab verməyən addımlar da atdıq, bəzən münasibətlərimizi gücləndirmək üçün fədakarlıqlar da etdik”, - Mikdad bildirib.

Çıxışının davamında məcburi köçkün və qaçqın suriyalılara müraciət edən nazir onları ölkələrinə qayıtmağa çağırıb.

Bundan əvvəl “Röyter” agentliyi Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidanın bu yaxınlarda Dəməşqdə suriyalı həmkarı Əli Məmlüklə görüşdüyünü yazıb.


Story Code: 1016487

News Link :
https://www.islamtimes.org/az/news/1016487/suriya-hakimiyyətindən-ankaraya-mesaj-buna-hər-an-hazırıq

Islam Times
  https://www.islamtimes.org