0
Tuesday 27 September 2022 - 23:30

Suriya hakimiyyətindən Ankaraya mesaj – “Buna hər an hazırıq”

Story Code : 1016487
Suriya hakimiyyətindən Ankaraya mesaj – “Buna hər an hazırıq”
Teleqraf.com xəbər verir ki, BMT Baş Assambleyasının Nyu-Yorkdakı sammitində çıxış edən nazir Türkiyə ilə yaxşı və normal münasibətlər qurmağa hər zaman hazır olduqlarını deyib.

“2009-2010-cu illər arasında Türkiyə ilə münasibətlər əla idi, hətta maraqlarımıza cavab verməyən addımlar da atdıq, bəzən münasibətlərimizi gücləndirmək üçün fədakarlıqlar da etdik”, - Mikdad bildirib.

Çıxışının davamında məcburi köçkün və qaçqın suriyalılara müraciət edən nazir onları ölkələrinə qayıtmağa çağırıb.

Bundan əvvəl “Röyter” agentliyi Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidanın bu yaxınlarda Dəməşqdə suriyalı həmkarı Əli Məmlüklə görüşdüyünü yazıb.