0
Tuesday 27 September 2022 - 23:47

İran: Hər gün çoxlu sayda əfqanıstanlı miqrant ölkəyə daxil olur, bizə kömək edən yoxdur

Story Code : 1016490
İran: Hər gün çoxlu sayda əfqanıstanlı miqrant ölkəyə daxil olur, bizə kömək edən yoxdur
SalamNews Tasnim-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

Abdullahiyan deyib: “İranda 5 milyona yaxın əfqan mühacir yaşayır və çoxlu sayda hər gün sərhədi keçərək ölkəyə daxil olur, lakin bunun üçün BMT-dən heç bir humanitar yardım yoxdur.”

İranlı nazirin açıqlaması Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci iclası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər üzrə koordinatoru Martin Qriffitslə görüşündə səsləndirilib.

Görüşdə tərəflər Yəmən, Əfqanıstan, Suriya və Ukrayna xalqlarının humanitar vəziyyətini də müzakirə ediblər.