QR CodeQR Code

İran: Hər gün çoxlu sayda əfqanıstanlı miqrant ölkəyə daxil olur, bizə kömək edən yoxdur

27 Sep 2022 23:47

İslamTimes: İran hər gün çoxlu sayda əfqan miqrantın ölkəyə keçdiyini, BMT isə onlara humanitar yardım göstərmədiyini bildirib.


SalamNews Tasnim-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

Abdullahiyan deyib: “İranda 5 milyona yaxın əfqan mühacir yaşayır və çoxlu sayda hər gün sərhədi keçərək ölkəyə daxil olur, lakin bunun üçün BMT-dən heç bir humanitar yardım yoxdur.”

İranlı nazirin açıqlaması Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci iclası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər üzrə koordinatoru Martin Qriffitslə görüşündə səsləndirilib.

Görüşdə tərəflər Yəmən, Əfqanıstan, Suriya və Ukrayna xalqlarının humanitar vəziyyətini də müzakirə ediblər.


Story Code: 1016490

News Link :
https://www.islamtimes.org/az/news/1016490/iran-hər-gün-çoxlu-sayda-əfqanıstanlı-miqrant-ölkəyə-daxil-olur-bizə-kömək-edən-yoxdur

Islam Times
  https://www.islamtimes.org