QR CodeQR Code

Referendumda terror aktı törətmək İSTƏDİ

27 Sep 2022 23:52

İslamTimes: Mariupolda təhlükəsizlik qüvvələri DXR- in Rusiyaya daxil olması ilə bağlı referendum günü terror aktı hazırlayan qızı saxlayıb.


"Unikal" xəbər verir ki, bu barədə şəhər polis idarəsi məlumat yayıb.

Referendumun son günü Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə terror aktı planlaşdıran 1998-ci il təvəllüdlü İrina Navalnaya zərərsizləşdirilib.

Daha əvvəl xəbər verilmişdi ki, Xerson vilayətinin Çernobaevka kəndində rus qoşunlarının hərəkəti haqqında məlumat toplayan və Xersonda terror aktlarının hazırlanmasında iştirak edən  Ukraynanın kəşfiyyat-diversiya qrupunun iki üzvü saxlanılıb .


Story Code: 1016492

News Link :
https://www.islamtimes.org/az/news/1016492/referendumda-terror-aktı-törətmək-istədi

Islam Times
  https://www.islamtimes.org