0
Wednesday 28 September 2022 - 09:56

Orban: Rusiyaya qarşı sankiyalar qitə ölkələrini ziyana saldı

Story Code : 1016532
Orban: Rusiyaya qarşı sankiyalar qitə ölkələrini ziyana saldı
Reuters-in məlumatına görə, Macarıstanın baş naziri Avropanın tətbiq etdiyi sanksiyaların bu qitədə enerji qiymətinin artırmaqdan başqa bir nəticəsi vermədiyini açıqlayıb.

Viktor Orban Aİ-nin Rusiyaya qarşı sanksiyalarını sərt tənqid edib və bu sanksiyaların əks effekt verdiyini bildirib.

Baş nazir vurğulayıb ki, ölkəsi qonşusu Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıdır.

Rusiyaya qarşı sanksiyalara görə uzun müddətdir ki, Avropa İttifaqı ilə ziddiyyət təşkil edən Macarıstan, Rusiya və Ukraynanı atəşkəsə çağırıb və Avropanın Rusiyaya qarşı sanksiyalarının yalnız qitə iqtisadiyyatına zərər verdiyini deyib.