QR CodeQR Code

Yeni Zellandiya: Biz Ukraynanı silahlandırmağa davam edə bilmərik

28 Sep 2022 10:45

İslamTimes: Yeni Zelandiyanın müdafiə naziri bəyan bidirib ki, Ukraynanın silah yardımı tələbləri ölkəsi tərəfindən yerinə yetirilə bilməz.


Sputnik-in məlumatına görə, Yeni Zelandiyanın müdafiə naziri ölkəsinin Ukraynaya hərbi silah tədarük etmək iqtidarında olmadığını deyib.

Ötən gün Yeni Zelandiyanın müdafiə naziri Penni Henare bildirib ki, Ukraynanın hərbi yardım tələbləri Yeni Zelandiyanın hazırkı hərbi ehtiyatları ilə uyğun gəlmir. Bu səbəblə ölkəsi Ukrayna ordusunun hərbi ehtiyaclarını qarşılamaq gücündə deyil.

Qeyd edək ki, Ukrayna tərəfi Yeni Zellandiya ilə görüşündə bu ölkədən Himars raketləri, yer-hava müdafiə sistemləri, eləcə də yerdən-dənizə müdafiə sistemləri xahiş edib.


Story Code: 1016535

News Link :
https://www.islamtimes.org/az/news/1016535/yeni-zellandiya-biz-ukraynanı-silahlandırmağa-davam-edə-bilmərik

Islam Times
  https://www.islamtimes.org