Yeni Zellandiya: Biz Ukraynanı silahlandırmağa davam edə bilmərik
Story Code : 1016535
Sputnik-in məlumatına görə, Yeni Zelandiyanın müdafiə naziri ölkəsinin Ukraynaya hərbi silah tədarük etmək iqtidarında olmadığını deyib.
Ötən gün Yeni Zelandiyanın müdafiə naziri Penni Henare bildirib ki, Ukraynanın hərbi yardım tələbləri Yeni Zelandiyanın hazırkı hərbi ehtiyatları ilə uyğun gəlmir. Bu səbəblə ölkəsi Ukrayna ordusunun hərbi ehtiyaclarını qarşılamaq gücündə deyil.
Qeyd edək ki, Ukrayna tərəfi Yeni Zellandiya ilə görüşündə bu ölkədən Himars raketləri, yer-hava müdafiə sistemləri, eləcə də yerdən-dənizə müdafiə sistemləri xahiş edib.