QR CodeQR Code

İşğalçı İsrail Cenin şəhərinə hücum ediblər, azı üç fələstinli həlak olub

28 Sep 2022 13:14

İslamTimes: İşğalçı İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilindəki Cenin şəhərinə basqın ediblər. Azı üç fələstinli həyatını itirib.


SalamNews Fələstin Media Mərkəzinə istinadən xəbər verir ki, İsrail qüvvələri bu gün səhər mühasirədə olan Cenin şəhərinə basqın edərək, fələstinli fəallardan birinin evini partladıblar.

Bu evdə olanlardan iki nəfər ölüb. Fələstin təhlükəsizlik qüvvələrindən bir nəfər isə İsrail qüvvələrilə qarşıdurmada həyatını itirib.

Bu hücumdan sonra baş verən silahlı qarşıdurmada yaralananlar da var. Onların bəzisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, İsrail qüvvələri vaxtilə onlara hücum etmiş fələstinlilərin (istər ölmüş, istərsə də sağ olan) evini sökür və ya partladırlar. Cenin hücumu da növbəti oxşar addım zamanı baş verib. Cenin şəhəri işğalda olan İordan çayının qərb sahilinin, İsrail qüvvələri üçün girilməsi çətin olan bir yaşayış massividir.


Story Code: 1016588

News Link :
https://www.islamtimes.org/az/news/1016588/işğalçı-israil-cenin-şəhərinə-hücum-ediblər-azı-üç-fələstinli-həlak-olub

Islam Times
  https://www.islamtimes.org