0
Wednesday 28 September 2022 - 14:47

Volodin: Referendumda qəbul edilən qərarlar milyonlarla insanı soyqırımdan xilas edəcək

Story Code : 1016591
Volodin: Referendumda qəbul edilən qərarlar milyonlarla insanı soyqırımdan xilas edəcək
SalamNews xəbər verir ki, bunu çərşənbə günü Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında keçmiş referendumların nəticələrini şərh edərkən bildirib.

"Qəbul edilmiş qərar milyonlarla insanı soyqırımdan xilas edir. Bu bu, Rusiyaya və "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin sakinlərinə "gələcək üçün birlikdə planlar qurmağa" imkan verir.

Sentyabrın 23-dən 27-dək "DXR" və "LXR", eləcə də Xerson və Zaporojye vilayətinin azad edilmiş ərazilərində bu bölgələrin Rusiya Federasiyasının subyektləri kimi Rusiyaya daxil olması ilə bağlı referendumlar keçirilib. Adları çəkilən bütün regionlarda səs verənlərin böyük əksəriyyəti Rusiya Federasiyasının tərkibinə daxil olmağın lehinə səs verib.