ABŞ-ın kommersiya neft ehtiyatları azalıb
29 Sep 2022 09:35
İslamTimes: Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 215 min barel azalaraq, 430 559 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 443 min barel artacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Story Code: 1016711