QR CodeQR Code

ABŞ-da 2,5 milyon insan təxliyə edilir

29 Sep 2022 10:15

İslamTimes: ABŞ-ın Florida ştatının sahillərində davam edən İan qasırğası getdikcə güclənərək əhaliyə ciddi çətinliklər yaradıb.


Axar.az yerli mediaya istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən təxliyə əmri verilib.

Belə ki, 2,5 milyon insanın təxliyə edilməsi ilə bağlı plan hazırlanıb.

Əhalinin təxliyəsi məqsədilə 42 min hərbçi, 7 min qvardiyaçı, 179 aviatexnika və xeyli sayda digər texnikalar səfərbər olunub.

Təhlükə baxımından 4-cü dərəcəyə qalxan qasırğa 261 km/s sürəti ilə hərəkət edir. Qasırğa səbəbindən Floridanın 100 mindən çox sakini işıqsız qalıb.


Story Code: 1016713

News Link :
https://www.islamtimes.org/az/news/1016713/abş-da-2-5-milyon-insan-təxliyə-edilir

Islam Times
  https://www.islamtimes.org