QR CodeQR Code

Müharibənin Ukraynaya vurduğu ZİYAN

29 Sep 2022 10:36

İslamTimes: Rusiyanın başlatdığı müharibə nəticəsində indiyədək Ukraynaya dəymiş ziyan ümumi daxili məhsulu (ÜDM) 1,6 dəfə üstələyib.


Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal bildirib.

Onun sözlərinə görə, iyun ayı üzrə itki ilə bağlı vəziyyət müəyyən edilib. Hesabata əsasən, dəymiş ziyan 350 milyard dollar təşkil edir.

"Təbii ki, bu məbləğ dövlətimizin ötən ilki ÜDM-dən 1,6 dəfə çoxdur”, - deyə Baş nazir bildirib.

Şmiqal, həmçinin qeyd edib ki, ilk növbədə tez bir zamanda sosial və kritik infrastruktur, eləcə də qışa hazırlıq üçün maliyyə vəsaiti lazımdır.


Story Code: 1016714

News Link :
https://www.islamtimes.org/az/news/1016714/müharibənin-ukraynaya-vurduğu-ziyan

Islam Times
  https://www.islamtimes.org