QR CodeQR Code

Merkel: Putinin sözləri ciddi qəbul edilməlidir!

إسلام تايمز , 29 Sep 2022 12:13

İslamTimes: Almaniyanın keçmiş kansleri Angela Merkel vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin sözləri ciddi qəbul edilməlidir.


Sputnik xəbər agentliyinin məlumatına görə, bu ölkənin federal kanslerinin Helmut Kol Fondunun açılışında çıxışı zamanı Merkel artıq Rusiya liderinin sözlərinə ciddi yanaşmaq lazım olduğunu deyərək, bu məsələnin vacibliyini bir daha vurğulayıb.

Angela Merkel deyib ki, Rusiya liderinin açıqlamalarına blef kimi baxmamaqdan çəkinmək, onları ciddi qəbul etmək heç də zəiflik əlaməti deyil. Əksinə bu, manevr üçün yer saxlamağa kömək edən siyasi müdrikliyin əlamətidir.

Qeyd etmək lazımdır ki, Merkel bu sözləri ötən gün Vladimir Putinin "Moskvanı nüvə silahı ilə təhdid edənlərə, güclü küləyin səmti sizə doğru dönə bilər" xəbərdarlığına cavab olaraq deyib.


Story Code: 1016725

News Link :
https://www.islamtimes.org/az/news/1016725/merkel-putinin-sözləri-ciddi-qəbul-edilməlidir

Islam Times
  https://www.islamtimes.org