QR CodeQR Code

Amerika: nüvə danışıqları dalana dirənib

إسلام تايمز , 29 Sep 2022 13:10

İslamTimes: The Washington Free Beacon iddia edib ki, nüvə danışıqları çıxılmaz vəziyyətə düşüb və tərəflərin danışıqlar aparacağı mözvular dalana dirənib.


Medianın yazdığına görə, Amerikanın yüksək rütbəli rəsmiləri qapalı brifinq zamanı Konqresə məlumat veriblər ki, Bayden hökumətinin BHFP üzrə İranla nüvə danışıqları çıxılmaz vəziyyətə düşüb və razılaşmanın uğursuzluqla nəticələnməsi riski var.

Bu barədə Amerika bazası elan edib ki, bu ayın əvvəlində nüvə sazişinin əldə oluna biləcəyi düşünülürdü.
Qeyd edək ki, ABŞ razılaşma əldə olunarsa, iqtisadi sanksiyaları əhəmiyyətli dərəcədə azaltmağı təklif etmişdi.

Bu xəbər saytı onu da iddia edir ki, iki həftə əvvəl Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri ilə qapalı brifinqdə iştirak edən Kaliforniya Respublikaçı nümayəndəsi Darrell İssa deyib ki, İranın buna qarşı çıxması nəticəsində danışıqlar hələ davam edir.

Respublikaçıların nümayəndəsi iddia edib ki, “İki həftə əvvəl ABŞ administrasiyası razılığa gəldiyini düşünürdü. Lakin indi onlar bilirlər ki, razılaşma yoxdur. Razılaşmanı əldə etmək üçün hansı yollara əla tılmalı olduğu mövzusunda çıxılmaz durumdadırlar. Çünki onların müzakirə edilə bilən bütün mövzuları masaya yatırmışdılar."

O iddia edib ki, “Hazırda İran müzakirə olunan razılaşmanın şərtlərini qəbul etmir etmir”.

Qeyd etmək lazımdır ki, ötən gün Hüseyn Əmirabdollahianın bu barədə çıxışında deyib ki, danışıqlar sadəcə bir neçə məsələnin masada qaldığı bir mərhələdədir. Bu ən əsas məslərlərdən biri zəmanət verilmə mövzusudur ki, Amerika bu mövzuda tədbirlər gördüyünə dair vəd verir.

 


Story Code: 1016735

News Link :
https://www.islamtimes.org/az/news/1016735/amerika-nüvə-danışıqları-dalana-dirənib

Islam Times
  https://www.islamtimes.org