0
Saturday 1 October 2022 - 11:46

İranın Zahidan şəhərinə hücumu həyata keçirən terrorçu qruplaşmanın adı açıqlanıb

Story Code : 1017112
İranın Zahidan şəhərinə hücumu həyata keçirən terrorçu qruplaşmanın adı açıqlanıb
SalamNews xəbər verir ki, ötən gün Zahidan hücumundan sonra “Ceyşul-Ədl”ə məxsus sosial şəbəkələrdəki səhifələrdən hücumun məhz bu qruplaşma tərəfindən həyata keçirildiyi elan edilib.

İran İslam İnqilabının Keşikçiləri Ordusunun mənbələri də məlumat veriblər ki, ötən günkü hücumda “Ceyşul-Ədl”in iki təhlükəli üzvü Əbdülməcid Rigi və Yasir Se-bəxş məhv ediliblər.

İran mənbələri ötən gün cümə namazından sonra şəhərdə üç polis idarəsinə eyni zamanda edilən hücumda ölənlər və yaralananların sayının 30-a yaxın olduqlarını, təkcə Sepah və “Bəsic” qüvvələrindən üç nəfərin öldüyünü deyiblər.