QR CodeQR Code

İranın Zahidan şəhərinə hücumu həyata keçirən terrorçu qruplaşmanın adı açıqlanıb

1 Oct 2022 11:46

İslamTimes: İranın cənub-şərq sərhədlərində vaxtaşırı hücumlar həyata keçirən separatçı və təkfirçi “Ceyşul-Ədl” (Ceyşuz-zulm) qruplaşması ötən gün cümə namazından sonra Zahidana edilən hücumu da üzərinə götürüb.


SalamNews xəbər verir ki, ötən gün Zahidan hücumundan sonra “Ceyşul-Ədl”ə məxsus sosial şəbəkələrdəki səhifələrdən hücumun məhz bu qruplaşma tərəfindən həyata keçirildiyi elan edilib.

İran İslam İnqilabının Keşikçiləri Ordusunun mənbələri də məlumat veriblər ki, ötən günkü hücumda “Ceyşul-Ədl”in iki təhlükəli üzvü Əbdülməcid Rigi və Yasir Se-bəxş məhv ediliblər.

İran mənbələri ötən gün cümə namazından sonra şəhərdə üç polis idarəsinə eyni zamanda edilən hücumda ölənlər və yaralananların sayının 30-a yaxın olduqlarını, təkcə Sepah və “Bəsic” qüvvələrindən üç nəfərin öldüyünü deyiblər.


Story Code: 1017112

News Link :
https://www.islamtimes.org/az/news/1017112/iranın-zahidan-şəhərinə-hücumu-həyata-keçirən-terrorçu-qruplaşmanın-adı-açıqlanıb

Islam Times
  https://www.islamtimes.org