0
Sunday 2 October 2022 - 00:10

Britaniyalılar Baydeni Putinə etdiyi xəbərdarlıqlara görə qınayıblar

Story Code : 1017178
Britaniyalılar Baydeni Putinə etdiyi xəbərdarlıqlara görə qınayıblar
SalamNews-un "RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, oxucular Amerika liderinin sözünü eşitmək istəmədiklərini etiraf ediblər.

"Mən Co Baydenin danışmağını istəmirəm", deyə oxuculardan biri yazıb.

Onlar həmçinin ABŞ-ın genişmiqyaslı və hətta nüvə müharibəsi törətməyə çalışdığını irəli sürüblər.

"O, həqiqətən müharibəyə başlamağa çalışır. Ayını qıcıqlandırma!", deyə digər oxucu yazıb.

"Bizi nüvə müharibəsinə sürükləməmişdən əvvəl onu vəzifəsindən uzaqlaşdırmaq lazımdır", deyə daha bir oxucu yazıb.

Bundan əlavə, oxucular Baydenə Putindən daha az inandıqlarını qeyd ediblər.

"Mən Putindən çox bu administrasiyadan qorxuram", deyə oxuculardan biri etiraf edib.