QR CodeQR Code

Britaniyalılar Baydeni Putinə etdiyi xəbərdarlıqlara görə qınayıblar

2 Oct 2022 00:10

İslamTimes: Britaniyanın “Daily Mail” qəzetinin oxucuları ABŞ prezidenti Co Baydeni Rusiya prezidenti Vladimir Putinə NATO-nun ərazisinin hər qarışını müdafiə etməyə hazır olması barədə xəbərdarlıq etdiyinə görə qınayıblar.


SalamNews-un "RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, oxucular Amerika liderinin sözünü eşitmək istəmədiklərini etiraf ediblər.

"Mən Co Baydenin danışmağını istəmirəm", deyə oxuculardan biri yazıb.

Onlar həmçinin ABŞ-ın genişmiqyaslı və hətta nüvə müharibəsi törətməyə çalışdığını irəli sürüblər.

"O, həqiqətən müharibəyə başlamağa çalışır. Ayını qıcıqlandırma!", deyə digər oxucu yazıb.

"Bizi nüvə müharibəsinə sürükləməmişdən əvvəl onu vəzifəsindən uzaqlaşdırmaq lazımdır", deyə daha bir oxucu yazıb.

Bundan əlavə, oxucular Baydenə Putindən daha az inandıqlarını qeyd ediblər.

"Mən Putindən çox bu administrasiyadan qorxuram", deyə oxuculardan biri etiraf edib.


Story Code: 1017178

News Link :
https://www.islamtimes.org/az/news/1017178/britaniyalılar-baydeni-putinə-etdiyi-xəbərdarlıqlara-görə-qınayıblar

Islam Times
  https://www.islamtimes.org