QR CodeQR Code

Qərb bir daha Ukraynadan sui-istifadə etdiyini sübut etdi!

2 Oct 2022 12:13

İslamTimes: Ağ Evdən sonra Borrel də onu dedi: "Ukraynanın NATO-ya üzv olmaq istəyi hazırda əsas məsələ deyil"


Teleqraf.com TASS- istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell “24 Oras” telekanalına müsahibəsində bildirib.

O, Kiyevin Şimali Atlantika Alyansına qoşulmaq istəyini anladığını vurğulayıb. Bununla belə, Borrelin fikrincə, hazırda Ukraynanın müdafiə qabiliyyətinin saxlanmasına kömək etmək daha vacibdir.

Bir müddət əvvəl Ağ Ev də işarə etmişdi ki, indi Ukraynanın NATO-ya daxil olması məsələsini müzakirə etməyin vaxtı deyil.
Ətraflı

Sentyabrın 30-da Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin NATO-ya sürətli şəkildə üzv olmaq üçün müraciət etdiyini açıqlayıb.


Story Code: 1017232

News Link :
https://www.islamtimes.org/az/news/1017232/qərb-bir-daha-ukraynadan-sui-istifadə-etdiyini-sübut-etdi

Islam Times
  https://www.islamtimes.org