QR CodeQR Code

Rafael Qrossi narahatdır: Moskvaya gedir

2 Oct 2022 11:50

İslamTimes: Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasındakı (ZAES) vəziyyəti müzakirə etmək üçün gələn həftə Moskva və Kiyevə səfər edəcək.


Axar.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.

“Baş direktor ZAES ətrafında nüvə təhlükəsizliyi zonasının razılaşdırılması və sürətlə həyata keçirilməsinə yönəlmiş məsləhətləşmələrini və digər səylərini davam etdirir. Onun gələn həftə Kiyev və Moskvaya səfəri gözlənilir”, - bəyanatda deyilir.

Qeyd olunur ki, Qrossi ZAES yaxınlığında dəfələrlə mina partladılmasından çox narahatdır.


Story Code: 1017236

News Link :
https://www.islamtimes.org/az/news/1017236/rafael-qrossi-narahatdır-moskvaya-gedir

Islam Times
  https://www.islamtimes.org