0
Sunday 2 October 2022 - 15:42

Kissinger: Ukraynanı NATO-ya qəbul etmək düzgün addım deyil

Story Code : 1017258
Kissinger: Ukraynanı NATO-ya qəbul etmək düzgün addım deyil
O deyib ki, gec ya tez Qərb və Rusiya dialoqa getməlidir. 99 illik veteran amerikalı diplomat Henri Kissinger Beynəlxalq Münasibətlər Şurasının analitik mərkəzinə danışarkən iddia edib:
Vaşinqton Berlin divarının yıxılmasından sonra Sovet blokunun bütün keçmiş üzvlərini öz çətiri altına daxil etmək və Avropanın mərkəzi ilə Rusiya sərhədi arasındakı bütün ərazinin yenidən qurmağa cəhdləri başladı.

ABŞ-ın keçmiş xarici işlər naziri qeyd olunan hadisələrin Rusiyanın tarixi  təhlükəsizlik kəmərini əsaslı şəkildə aradan qaldırdığını bəyan edib.

O deyib ki, Rusiyanın nöqteyi-nəzərindən ABŞ  istisnasız olaraq bütün regiona Amerikanın rəhbərlik etdiyi strateji sistemə inteqrasiya etmək üçün mübarizə aparırdı.

Kissinger sözlərinə əlavə olaraq qeyd edib ki,  “ABŞ-ın Ukraynanı NATO-ya üzv etmək siyasəti ağıllıca deyil”.