QR CodeQR Code

Küveyt əmiri hökumətin istefasını qəbul edib

29 Nov 2022 09:30

İslamTimes: Küveyt əmiri Navaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin baş naziri Əhməd Nəvaf əl-Əhməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.


APA xəbər verir ki, bu barədə bu gün KUNA xəbər agentliyi məlumat yayıb.

Əmirin fərmanına əsasən, həm baş nazir, həm də Küveytin hökuməti yeni nazirlər kabineti formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Bundan əvvəl istefanı Küveytin vəliəhdi Məşəl əl-Əhməd əs-Sabah da təsdiqləyib.
Öncə o, bununla bağlı gedən hökumətin başçısı ilə görüş keçirib. İstefa məktubu Nazirlər Kabineti tərəfindən şənbə günü təqdim edilib.


Story Code: 1017282

News Link :
https://www.islamtimes.org/az/news/1017282/küveyt-əmiri-hökumətin-istefasını-qəbul-edib

Islam Times
  https://www.islamtimes.org