0
Monday 3 October 2022 - 14:04

Almaniyada 15 mindən çox mağazanın iflas riski var

Story Code : 1017390
Almaniyada 15 mindən çox mağazanın iflas riski var
Enerji qiymətlərində kəskin artımdan sonra Almaniyada 15 mindən çox mağaza iflas ərəfəsindədir.

"Spiegel" nəşrinin dərc etdiyi hesabata görə, Pərakəndə Satıcılar Assosiasiyası Almaniyanın Baş Nazirinin müavini və İqtisadiyyat Naziri Robert Haubeck-ə məktubla xəbərdarlıq edərək yazıb:  "Enerji qiymətlərinin partlaması" artan sayda pərakəndə satıcıların yaşayış xərclərini ödəyə bilməməsinə səbəb olub.

Bu təşkilat vəziyyətin son dərəcə təhdid edici olduğunu və bu il 16 minə yaxın müəssisənin müflis olacağını, mənfi vəziyyətin 2023-cü ildə də davam edə biləcəyini xəbər verib.