0
Monday 3 October 2022 - 16:37

İranda təxribat törətməyə çalışan PKK imiş!

Story Code : 1017407
İranda təxribat törətməyə çalışan PKK imiş!
İranda infart keçirərək həyatını itirən Kürdüstan sakini 22 yaşlı Məhsa Əmininin polis tərəfindən qətlə yetirildiyi yalanını yayaraq, İran xalqını "qadına qarşı zorakılıq aksiyaları" keçirməyə sövq edən qüvvələrin kimliyi üzə çıxıb.

İranın xüsusi ilə sərhəd məntəqələrində kürdlər yaşayan şəhərlərdə İraq ərazisindən İrana daxil olan terrorçular ötən günlərdə bir neçə dəfə terror əməliyyatına cəhd edib. Son hadisə zamanı Zahidan şəhərində cümə namazı zamanı insanları atəşə tutan terrorçuların bir neçəsi ələ keçirilib. İran bu hadisədən sonra PKK terror təşkilatının İraqdakı bazalarını raket zərbələri ilə hədəf alıb.

Amma bu dəfə PKK İsveçdə meydana çıxıb və İran dövlətinə qarşı şüarlar səsləndiriblər. İsveçin Malmö şəhərində 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz bəhanəsi ilə keçirilən mitinqə qatılan YPG/PKK tərəfdarları əlindəki simvollarla da haradan göstəriş aldıqlarını sübuta yetiriblər. Onlar hətta PKK terror təşkilatının lideri Abdullah Öcalanın plakatını da qaldırıblar.