QR CodeQR Code

Almaniya Səudiyyə Ərəbistanına silah satışını bərpa etdi

4 Oct 2022 08:02

İslamTimes: Almaniya Yəmən xalqını qətliam edən cinayətkar Səudiyyə Ərəbistanına silah satışını bərpa edib.


Modern.az Almaniyanın DPA agentliyinə istinadən xəbər verir ki, rəsmi Berlin 2018-ci ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanına silah ixracına icazə verib.

Məlumata görə, silah satışı kansler Olaf Şoltsun keçən həftə sonu bölgəyə səfərindən əvvəl təsdiqlənib.

"Der Spiegel" nəşrinin məlumatına görə, Səudiyyə "Eurofighter" və "Tornado" qırıcıları üçün 36 milyon avro dəyərində avadanlıq və sursat alacaq. Ər-Riyad, həmçinin "Airbus A330" təyyarələri üçün 2,8 milyon avro dəyərində ehtiyat hissələri tədarük edəcək.

Almaniyanın Səudiyyə Ərəbistanına silah satışı 2012-ci ildə 1,24 milyard avroya çatıb. Lakin Berlin Yəməndəki müharibədə iştirak etdiyi və jurnalist Camal Qaşıqçının öldürülməsinə görə Ər-Riyada silah ixracını qadağan etmişdi.


Story Code: 1017519

News Link :
https://www.islamtimes.org/az/news/1017519/almaniya-səudiyyə-ərəbistanına-silah-satışını-bərpa-etdi

Islam Times
  https://www.islamtimes.org