0
Tuesday 4 October 2022 - 11:51
İslam İnqilabının Aliməqamlı Rəhbəri iğtişaşlara münasibət bildirdi

"Bu hadisələr ABŞ, sionist rejim və onların davamçılarının planı idi"

Story Code : 1017556
"Bu hadisələr ABŞ, sionist rejim və onların davamçılarının planı idi"

SəhərAzəri-nin məlumatına əsasən, İnqilab Rəhbəri buyurub: “Açıq şəkildə bildirirəm ki, bu hadisələr Amerikanın, sionist rejimi və onların davamçılarının planı idi. Onların problemi müstəqil, inkişaf etmiş və güclü İranladır. İran xalqı bu hadisələrdə özünü güclü göstərdi, gələcəkdə də lazım olan yerdə şücaətlə meydana daxil olacaq.”
O həzrətin fikrincə gənc qızın ölümü bəhanə idi və bu olmasaydı belə İranda mehr ayının əvvəlində təhlükəsizliyə zərbə vurmaq üçün başqa bir bəhanə tapacaqdılar.
İran İslam İnqilabının Ali lideri fikirlərini belə davam etdirib:
“Gənc qızın vəfatı hadisəsi bizim də ürəyimizi yandırdı. Amma hadisə araşdırmadan, bir fakt olmadan küçələrdə təhlükəsizliyə zərbə vurdular, Qurana od vurub, hicablının başından hicabı çəkdilər, məscid və hüseyniyyəni, camaatın nəqliyyat vasitələrini yandırdılar. Bu adi və təbii bir reaksiya deyildi...Dünyada çoxlu iğtişaşlar baş verib. Avropada elə Fransanın paytaxtı Parisdə geniş iğtişaşlar olub. Amma indiyə qədər görünübmü ki, ABŞ prezidenti və ya Konqres oradakı iğtişaşları dəstəkləyib bəyanat versinlər?! Onlar bu iğtişaşlara dəstək verib, sizin yanınızdayıq deyə mesaj veriblərmi?! Olubmu ki, kapitalist ABŞ və onların muzdurlarının mediası, Səudiyyə Ərəbistanı və digər region dövlətləri kimi bu ölkələrin iğtişaşlarını dəstəklədiklərini elan etsinlər?! Bu olubmu ki, ABŞ bildirsin ki, filan internet proqramı və ləvazimatını Avropadakı iğtişaşçıların ixtiyarına veririk ki, rahat şəkildə internetləri olsun və bir-birilə koordinasiya etsinlər?! Amma onlar bu dəstəkləri İrandakı iğtişaşlara dəfələrlə veriblər. Necə ola bilər ki, daxildə bir qism xarici amili görməyək?! Ağıllı insan bu hadisələrin pərdə arxasında digər əlin olduğunu necə görməyə bilər?!”
Həzrət Ayətullahül-üzma Xamenei bildirib ki, “ABŞ təkcə İran İslam Respublikası ilə deyil, güclü və müstəqil İranla da düşməndir. Onların istədiyi şah rejimi kimi bir şeydir ki, sağmal inək kimi onların əmrlərinə tabe olsun.”
Ayətullahül-üzma Xamenei ölkənin bütün sahələrdə tərəqqisinin sürətlənməsinə və bəzi köhnə düyünlərin açılmasına, istehsal sektorunun və bilik bazalarının aktivləşdirilməsinə və ölkənin sanksiyaları neytrallaşdırmaq imkanlarına işarə edərək vurğulayıb: “Onlar bu inkişafın ölkədə baş verməsini istəmirlər, Onu dayandırmaq üçün ölkənin şimal-qərbində və cənub-şərqində universitetlərin bağlanmasına çalışır və küçələrin təhlükəsizliyini pozmağı planlaşdırıblar.
Aliməqamlı Rəhbər düşmənin ölkənin şimal-qərbi və cənub-şərqi ilə bağlı hesablamalarının səhv olduğunu vurğulayaraq qeyd edib: Mən Bəluç xalqı arasında yaşamışam və onlar İslam Respublikasına çox sadiqdirlər, eyni ilə də kürd etnosu da vətənə, dövlətə və sistemə çox sadiq olan mütərəqqi İran etnoslarından biridir. Ona görə də düşmənlərin planı işləməyəcək.
İslam İnqilabının Aliməqamlı Rəhbəri vurğulamışlar ki, düşmənlərin plan və hərəkətləri onların daxili mahiyyətinin göstəricisidir. Diplomatik bəyanatlarında İrana hücum etmək və sistemi dəyişmək niyyətində olmadıqlarını bildirirlər, ancaq mahiyyətləri dəyişmir. Onlar iğtişaşlar yaratmaq, ölkənin təhlükəsizliyini pozmaq üçün əllərindən gələni edirlər.
 
Source : SaharTv
Tagged
xamenei
Comment