QR CodeQR Code

Liz Trass: Mən tamamilə sionistəm

إسلام تايمز , 4 Oct 2022 18:29

İslamTimes: Britaniyanın baş naziri özünü qəti şəkildə “sionist və İsrailin tərəfdarı” adlandırıb.


Anadolu Agentliyinin məlumatına görə, İnternetdə yayımlanan videoda Liz Trass, Britaniya parlamentindəki “İsrailin Mühafizəkar Dostları” təşkilatındakı çıxışında deyib: "Mən İngiltərənin Baş naziri kimi ilk dəfə bu qrupda iştirak etməkdən çox sevincliyəm."

O, davam edərək deyib: "Bildiyiniz kimi, mən tamamilə sionistəm, İsrailin güclü tərəfdarıyam və bilirəm ki, biz İsraillə Böyük Britaniya arasında əlaqələri gücləndirə bilərik."

 


Story Code: 1017611

News Link :
https://www.islamtimes.org/az/news/1017611/liz-trass-mən-tamamilə-sionistəm

Islam Times
  https://www.islamtimes.org