0
Tuesday 4 October 2022 - 19:58

İran İraqın şimalında separatçı kürd bölmələrini yenidən PUA-larla hədəfə alıb

Story Code : 1017624
İran İraqın şimalında separatçı kürd bölmələrini yenidən PUA-larla hədəfə alıb
SalamNews İran mətbuatına istinadən xəbər verir ki, İslam İnqilabının Keşikçilər Ordusu İraqın şimalında Sidekan, Halgurd yüksəklikləri və Barbazin məntəqələrində separatçı kürd qruplaşmalarının mövqelərini “Muhacir-6” pilotsuz təyyarələrindən və müxtəlif raketlərdən hədəfə alıb.

İraqın Rudav telekanalı yenidən hücumun baş verdiyini bildirib.

Qeyd edək ki, bu hücum son iki həftə ərzində İran tərəfindən İraqın şimalında edilən altıncı hücumdur. İran tərəfi ölkədə son zamanlarda iğtişaşların başlamasında bu separatçı qrupların müdaxiləsini də təsirli bilir.