QR CodeQR Code

İran İraqın şimalında separatçı kürd bölmələrini yenidən PUA-larla hədəfə alıb

4 Oct 2022 19:58

İslamTimes: İraqın şimalında Kürdüstan Regional Hökumətinin nəzarətindəki bölgələrdə separatçı qrupların mövqeləri yenidən hədəfə alınıb.


SalamNews İran mətbuatına istinadən xəbər verir ki, İslam İnqilabının Keşikçilər Ordusu İraqın şimalında Sidekan, Halgurd yüksəklikləri və Barbazin məntəqələrində separatçı kürd qruplaşmalarının mövqelərini “Muhacir-6” pilotsuz təyyarələrindən və müxtəlif raketlərdən hədəfə alıb.

İraqın Rudav telekanalı yenidən hücumun baş verdiyini bildirib.

Qeyd edək ki, bu hücum son iki həftə ərzində İran tərəfindən İraqın şimalında edilən altıncı hücumdur. İran tərəfi ölkədə son zamanlarda iğtişaşların başlamasında bu separatçı qrupların müdaxiləsini də təsirli bilir.


Story Code: 1017624

News Link :
https://www.islamtimes.org/az/news/1017624/iran-iraqın-şimalında-separatçı-kürd-bölmələrini-yenidən-pua-larla-hədəfə-alıb

Islam Times
  https://www.islamtimes.org