0
Wednesday 5 October 2022 - 12:12

Moskva: Qərb müharibəni Rusiya ərazisinə çəkməyə çalışır

Story Code : 1017718
Moskva: Qərb müharibəni Rusiya ərazisinə çəkməyə çalışır
O bildirib ki, həmçinin bu Moskva ilə Qərb arasında birbaşa hərbi münaqişə riski deməkdir.

Rusiyanın Amerikadakı səfiri Anatoli Antonov çərşənbə günü xəbərdarlıq edərək deyib: Vaşinqtonun Kiyevi ağır silahlarla təmin etmək qərarı onun münaqişələrin fəal iştirakçısı statusunun təsdiqidir. Biz ABŞ-ın bu addımını ölkəmizin strateji maraqlarına birbaşa təhlükə kimi qiymətləndiririk.

Rus diplomatının fikrincə, ABŞ və onun müttəfiqlərinin Kiyevə yeni hərbi məhsulların tədarükü təkcə uzunmüddətli qan tökülməsinə və yeni itkilərə səbəb olmayacaq, eyni anda birbaşa Rusiya iə müharibə riski yaradacaq.

“Tas” agentliyinin məlumatına görə, Antonov sözünün davamında ABŞ-dan faciəvi nəticələrə səbəb ola biləcək təxribatçı hərəkətləri dayandırmağı istəyib.