QR CodeQR Code

İsveç XİN NATO-ya üzvlüklə bağlı sənədi parlamentə göndərib

6 Oct 2022 09:05

İslamTimes: İsveç XİN NATO-ya üzvlüklə bağlı sənədi parlamentə göndərib


İsveçin Xarici İşlər Nazirliyi NATO-ya üzvlüklə bağlı sənədi parlamentə göndərib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

Sənəddə qeyd olunur ki, bu, Şimali Atlantika Alyansına qoşulma prosesini sürətləndirmək üçün edilib və üzvlük protokolunun NATO-nun bütün üzvləri tərəfindən ratifikasiyasından dərhal sonra tamamlana bilər.

Parlament altı həftə ərzində memoranduma baxmalı və cavab verməlidir.

İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokollar bu il iyulun 5-də alyans ölkələrinin nümayəndələri tərəfindən imzalanıb. Üzvlük müraciəti təşkilatın 28 ölkəsi tərəfindən təsdiqlənib.


Story Code: 1017871

News Link :
https://www.islamtimes.org/az/news/1017871/isveç-xin-nato-ya-üzvlüklə-bağlı-sənədi-parlamentə-göndərib

Islam Times
  https://www.islamtimes.org