QR CodeQR Code

Rəsmi Tehran Avropanı İranda terroru təşviq etməməyə çağırıb

6 Oct 2022 10:00

İslamTimes: İran Avropa İttifaqının ölkədə son iğtişaşlarla bağlı müdaxiləsini qınayıb və alyansı ölkədə terroru təşviq etməməyə çağırıb.


SalamNews Mehr-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Avropa İttifqaının Xarici siyasət və təhlükəsizlik üzrə rəsmisi Josep Borrell arasında telefon danışığı olub.

Hüseyn Əmir Abdullahiyan, İranın, gənc qadın Məhsa Əmininin ölümü ilə bağlı saxta ittihamlar əsasında tələsik siyasi addım atacağı, İran xalqının canını və malını hədəf alan iğtişaşçılar və terrorçuları dəstəkləyəcəyi təqdirdə Avropa İttifaqına cavab verəcəyini deyib.

Əmir Abdullahian Borrel ilə telefon danışığı zamanı deyib: “Biz daxili qanunlarımız çərçivəsində Məhsa Əmininin ölüm məsələsini ciddi şəkildə nəzarətdə saxlayırıq”.

Əmir Abdullahian deyib: “Dinc tələbləri xalqın haqqı hesab edirik, lakin biz bu tələbləri təcili yardım maşınlarını yandıran, bankları və ictimai əmlakı dağıdan, vətəndaşlara və polis qüvvələrinə silahla hücum edən və terror aktları törədən iğtişaşçılardan ayırırıq”.

Öz növbəsində Borrell Əmir Abdullahyanın “iğtişaşlar və terrorizmin müvafiq cavab verilməli olan dinc etirazlardan fərqli olduğu” fikrini dəstəklədiyini bildirib.

“Biz Avropa İttifaqı ilə İran İslam Respublikası arasında münasibətlərə mənfi təsir göstərilməsini istəmirik”, deyə o Əmir Abdullahiana bildirib.

Qeyd edək ki, Avropa Birliyi ABŞ-ın oxşar addımından sonra "etirazları yatırtdığı" iddiaları fonunda İrana qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirdiyini açıqlamışdı.


Story Code: 1017881

News Link :
https://www.islamtimes.org/az/news/1017881/rəsmi-tehran-avropanı-iranda-terroru-təşviq-etməməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org