0
Thursday 6 October 2022 - 12:26

Çin: Amerika gərginliyin artmasına görə məsuliyyət daşıyır

Story Code : 1017915
Çin: Amerika gərginliyin artmasına görə məsuliyyət daşıyır
Çərşənbə günü Çin Şimali Koreyanın ballistik raket buraxılışına görə ABŞ-ı məsuliyyət daşıdığını deyib. Çin BMT-nin Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-ı regiondakı təhlükəsizlik mühitini zəhərləməkdə günahlandırıb.

Çinin BMT-dəki nümayəndəsinin müavini Qenq Şuanq Təhlükəsizlik Şurasının iclasında Pxenyanın Yaponiya üzərindən keçən ballistik raket atma hərəkətinə toxunaraq deyib ki, “ABŞ və digər region ölkələri bu bölgədə bir neçə birgə hərbi təlim keçirib. Şimali Koreyanın son raket buraxılışları regionda keçirilən çoxsaylı hərbi təlimlərlə bağlıdır”.