0
Tuesday 27 September 2011 - 00:14

Səudiyyə kralı qorxuya düşüb

Story Code : 101809
Səudiyyə kralı qorxuya düşüb
Səudiyyə kralı qorxuya düşüb
Islam times.org/az/ - Ərəb ölkələrində tüğyan edən nümayişlərdən qorxuya düşən Səudiyyə Ərəbistanının kralı ölkədə islahatlar aparmaq qərarına gəlib. Məlumdur ki, Səudiyyə krallığında qadınlar nə maşın sürə bilərlər, nə də tək səfər edə bilərlər. Üstəlik, qadınlar tez-tez istər universitet şəhərçiklərində, istərsə də ticarət mərkəzlərində polisin yerli-yersiz yoxlamalarına məruz qalır.

Ötən ilin yanvar ayından indiyə qədər qadınların krala qarşı etiraz akisyaları da olmuşdur. Qadınlar ən azından sürücülük hüququnun təmin olunmasını istəmişlər.

Baş verən etirazların vüsət tapmasından qorxuya düşən Kral Abdullah nəhayət ki, dünən qadınların səsvermə hüququnun təmin olunması haqda qərar vermişdir. Lakin qadınlar bu hüquqdan 4 il sonra keçiriləcək bələdiyyə seçkilərində istifadə edə bilərlər.
Translator :
Source : islamtimes
Comment