0
Saturday 8 October 2022 - 11:36

Səudiyyə Vaşinqtona cavab verib: Neft silah deyil ki, ABŞ-a tuşlamış olaq

Story Code : 1018265
Səudiyyə Vaşinqtona cavab verib: Neft silah deyil ki, ABŞ-a tuşlamış olaq
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadən xəbər verir ki, bunu krallığın xarici işlər üzrə dövlət naziri Adil əl-Cubeyr deyib.

Əl-Cubeyr Krallığın nefti və ya onunla bağlı qərarları siyasiləşdirmədiyini deyib və neftin silah olmadığını vurğulayıb.

Əl-Cubeyr “Fox News”a verdiyi açıqlamalarda ölkəsinin neftdən ABŞ-a qarşı silah kimi istifadə etməyə çalışmadığını və “OPEC+”ın neft hasilatını azaltma qərarının qlobal iqtisadiyyatın maraqlarına cavab verdiyini əlavə edib.

"Neft silah deyil, qırıcı təyyarə və ya tank deyil və ondan atəş açmaq olmaz. Neft bizim üçün qlobal iqtisadiyyat üçün vacib əmtəədir”, deyə o əlavə edib.

Əl-Cübeyr vurğulayıb ki, Səudiyyə Ərəbistanı alıcıların və neft hasil edən ölkələrin xeyrinə neft bazarında sabitliyi qorumaq istəyir.

O, qeyd edib ki, bütün dünyada iqtisadi artım yavaşlayır, buna görə də "OPEC+" üzvləri "enerji bazarının çökməsinin" qarşısını almaq üçün ehtiyat tədbiri olaraq neft hasilatını azaldıblar.

Qeyd edək ki, bundan əvvəl “OPEC+” qrupu gələn ilin noyabrından başlayaraq gündəlik neft hasilatını iki milyon barel azaltmaq və hasilatın azaldılması ilə bağlı razılaşmanı 2023-cü ilin sonuna qədər uzatmaq qərarına gəlib.

Bundan sonra ABŞ prezidenti Co Bayden sözügedən qərarı məyusedici kimi qiymətləndirib və bildirib ki, onun administrasiyası OPEK-in enerji resurslarına nəzarət və qiymətləri təyin etmək imkanlarını azaltmaq üçün əlavə imkanlar barədə Konqreslə məsləhətləşəcək.