QR CodeQR Code

Londonda minlərlə müsəlman...

HaqqYolu , 27 Sep 2011 07:06

IslamTimes - Londonda bu bazar minlərlə müsəlman küçəyə çıxaraq terrorizmə qarşı aksiya keçirib.


Böyük Britaniyada yaşayan İslam davamçılarının təşəbbüsü ilə artıq 2012 Sülh Bəyannaməsi üçün online imzatoplama kampaniyası başlanılıb.
Məşhur Uembli stadionunda keçirilən aksiyaya Pakistanlı İslam alimi Muhammad Tahir-ul-Qadri rəhbərlik edib. O, ötən il terrora qarşı ətraflı fətva hazırlaması ilə məşhurlaşıb.
Tahir-ul-Qadri deyib ki, bu gün əsl müsəlmanların, sülhsevər İslam davamçılarının səsi eşidilmir, ekstremistlərin səsi sülhsevər müsəlmanların səsini batırır:
“Mən cihad haqda düzgün təsəvvürü olmayanlara səslənirəm – etdikləriniz tamamilə İslama qarşıdır. İslamın heç bir terror aktına aidiyyəti yoxdur. Biz qeyd-şərtsiz olaraq hər bir ekstremizm və terror aktını pisləyirik”.
Tahir-ul-Qadri bu mesajı “artıq beyni zəhərlənən” insanlara deyil, radikallaşmaq sərhədində olan müsəlmanlara ünvanladığını bildirib.
Bu yürüşün təşkilinə bir ilə yaxın vaxt sərf olunub. Aksiyaya Böyük Britaniyanın hər nöqtəsindən müsəlmanlar toplaşıblar. Təxminən 12 min insan baş verənləri izləyib. Aksiya zamanı baş nazir Devid Kameron, baş nazirin müavini Nik Kleqq, BÇT-nin baş katibi Ban Ki-Moon, yerli arxiyepiskop və tanınmış siyasətçilərin mesajları səsləndirilib.
Aksiya zamanı Sülh Bəyannaməsi üçün imza toplama kampaniyası başlanılması da elan edilib. Bəyannamədə müsəlman aləmində demokratiya, insan haqlarına hörmət, bütün dünyada kasıblığa son qoyulmasına dair mesajlar yer alacaq. Gələn il yanvarın 1-nə qədər 1 milyon insanın imzasını toplamaq qarşıya məqsəd qoyulub.


Story Code: 101859

News Link :
https://www.islamtimes.org/az/news/101859/londonda-minlərlə-müsəlman

Islam Times
  https://www.islamtimes.org