QR CodeQR Code

Quranın sonistlər tərəfindən yandırılması ciddi etirazlara səbəb olub

11 Oct 2022 11:10

İslamTimes: Fələstinin əl-Xəlil şəhərində məscidlərin birində Qurani-Kərimin radikal israillilər tərəfindən yandırılması yeni etiraz dalğası yaradıb.


SalamNews Misir mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq əl-Əzhər dini-elmi mərkəzi əl-Xəlildə Qurani-Kərimin yandırılması ilə bağlı kəskin bəyanat verib.

Əl-Əzhərin bəyanatının bir hissəsində belə deyilir:

“Sionistlərin zorakılıq və ikrahçılıq hisslərini təbliğ edən bu cinayəti eyni zamanda bütün beynəlxalq norma və qaydaları da ayaq altına atır. Bu cinayət ərəb və müsəlmanların bir olması zərurətini yenidən ortaya qoyur və onlardan istəyir ki, müqəddəslərinə və dəyərlərinə toxunanların qarşısında möhkəm dursunlar.”

Qeyd edək ki, İsraildə radikal ünsürlər ötən gün işğal altında olan əl-Xəlildə “Əski şəhər”in məscidindəki Quranları yandırıb, qalanlarını zibil qutusuna atıblar.

Bir sıra müsəlman ölkələrində elmi-dini cəmiyyət və qurumlar bu cinayəti kəskin pisləyiblər.


Story Code: 1018713

News Link :
https://www.islamtimes.org/az/news/1018713/quranın-sonistlər-tərəfindən-yandırılması-ciddi-etirazlara-səbəb-olub

Islam Times
  https://www.islamtimes.org