QR CodeQR Code

Bəhreyn hökuməti ölkədəki gərginliklə bağlı İrandan kömək istədi

27 Sep 2011 19:18

IslamTimes - Bəyreynlə İran arasında diplomatik münasibətlər bərpa edilə bilər.


Bu barədə Nyu-Yorkda Bəhreynin xarici işlər naziri şeyx Xaled ben Əhməd əl-Xəlifə İranın XİN rəhbəri Əli Əkbər Salehi ilə keçirilən görüşü zamanı bəyan edib.

SalamNews-un "MehrNews"a istinadən verdiyi xəbərə görə, Bəhreynli nazirin xahişi ilə BMT Baş Assambleyası 66-ci sessiyası çərçivəsində baş tutan qeyri-rəsmi görüşdə Xaled ben Əhməd əl-Xəlifə iki ölkə arasında mövcud olan tarixi dostluq əlaqələrinə toxunub. O, son illərdə ölkəsində baş verən hadisələrlə bağlı danışaraq siyasi böhranın aradan qaldırılmasında İrandan yardım istəyib.

Əli Əkbər Salehi isə İranın başqa dövlətlərin daxili işlərinə qarışmamaq siyasəti yürütdüyünü bildirərək, Bəhreyndə baş verənlərin yalnız xalqla hökümət arasında sülh danışıqları yolu ilə həll etməyin mümkün olduğunu vurğulayıb.

Bəhreyn XİN rəhbərinin sözlərinə görə, ölkədəki hadisələrlə bağlı yaradılmış istintaq komitəsinin oktyabrın sonunda araşdırmaların nəticələrini açıqlayacaq. O bildirib ki, hökümət komitənin açıqlayacağı istənilən tövsiyəsinə uyğun hərəkət etməyə hazır olduğunu deyib.

Şeyx Xaled ben Əhməd əl-Xəlifə İranda Bəhreyn, Bəhreyndə isə İran səfirliyinin olmamasına toxunaraq, tezliklə bu çatışmazlığın aradan qaldırılmasının vacib olduğunu vurğulayıb. O, həmçinin, müsəlman dövlətləri arasında meydana gələn istənilən fikir ayrılığını tənqid edib.


Story Code: 101957

News Link :
https://www.islamtimes.org/az/news/101957/bəhreyn-hökuməti-ölkədəki-gərginliklə-bağlı-irandan-kömək-istədi

Islam Times
  https://www.islamtimes.org