QR CodeQR Code

İran səfiri hərbi təlimlər barədə bəyanat verib

İran səfirliyi Araz çayının cəbun sahillərində keçirilən hərbi təlimlərlə bağlı bəyanat yayıb

SaharTv , 20 Oct 2022 09:14

Islamtimes - İranın Azərbaycan Respublikasındakı səfirliyi bildirib ki, İran İslam Respublikasının silahlı qüvvələrinin şimal-qərb bölgəsində manevr və təlimləri, İran İslam Respublikası silahlı qüvvələrinin illik fəaliyyət təqviminə və dövrü təlimlərə uyğun həyata keçirilir.


SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə,İran səfirliyi Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verildiyini də xatırladıb.
Səfirlik Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlə bağlı Azərbaycan və İranın hərbi rəhbərliyinin müzakirə apardıqlarını da yada salıb.
 “Bu notadan əlavə, İran İslam Respublikasının silahlı qüvvələri baş qərargah rəisi general-leytenant Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülmüşdür ki, hal-hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir.
İranın Azərbaycan Respublikasındakı səfirliyinin bəyanatında sonra deyilir: “İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”.
 


Story Code: 1020120

News Link :
https://www.islamtimes.org/az/news/1020120/iran-səfirliyi-araz-çayının-cəbun-sahillərində-keçirilən-hərbi-təlimlərlə-bağlı-bəyanat-yayıb

Islam Times
  https://www.islamtimes.org